• $
  • €
  • ₽
  • ₺
  • £

Samirə Mehribanı hədələdi: "Bu sözə görə mənə cavab verəcəksən"

Samirə Mehribanı hədələdi: "Bu sözə görə mənə cavab verəcəksən"
18.10.2017 15:48
"Maşın şou"da Samirə Yusifqızının adının hallanması onu özündən çıxarıb. Belə ki, Rauf Əhmədov efirdə bildirib ki, Samirə də oyunda olanda deyirdi ki, Vüqarı çıxartmayacaq. Bu məqamda Mehriban Xanlarovanın cavabı sərt olub: Samirə bizə Vüqarı çıxaracağını dedi, onda belə çıxır ki, satqınlıq edib.

Anews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Samirə Yusifqızı Mehriban Xanlarovanın ünvanına sərt fikirlər səsləndirib:

"Mənim adımı hallandırmasınlar. Düzdür, mən əvvəlcə Vüqara söz vermişdim, amma sonradan Mehribangil məni məcbur etdilər. Çünki orda qruplaşmanın başında Mehriban Xanlarova durur. Qızlar da onun sözü ilə oturub-dururlar. Raufa gəlincə, getsin öz dərdini çəksin. Camaatı aldadıb, deyir əjdahanın başını kəsəcəm. Əlli adamın adını çəkib, axırda başqasını çıxarır. Mehribana isə sözüm sərt olacaq. İndi mənə "satqın" deyirsən. Mən satqın deyiləm, sadəcə olaraq Vüqarın adını çəksəydim, orda qırğın düşəcəkdi. Bunu yaxşı bilirsən. Elə etməyin ki, açım sandığı töküm pambığı.

Mənə əvvəlcə dedilər ki, İlqar Mikayıloğlunu çıxart, çünki heç kimin ürəyi gəlmirdi onu şoudan uzaqlaşdırsın. Bu təklifə etiraz etdim. Dedim, niyə mən onu çıxartmalıyam axı? Vüqar məsələsində də üstümə "naezd" elədilər. Mehriban, sənə ayıb olsun. Mən heç vaxt efirdən sənə "satqın" deməzdim. Bu sözün arxasında dura biləcəksənmi? Mənim üçün fərqi yoxdur əməkdar, ya xalq artisti, kim mənə ilişirsə, cavabını alacaq. Sən satqın sözünə görə mənə cavab verəcəksən".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol