• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən YENİ CƏRİMƏ

Yol polisindən YENİ CƏRİMƏ
18.10.2017 16:53
Bakının Nizami rayonunda sürücülərdən biri avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb.

Anews.az-ın xəbərinə görə, bu barədə BAKU.WS-ə müraciət edən sürücü Məhərrəm Quliyev bildirib. Onun sözlərinə görə, avtomobili idarə edərkən dostu ilə söhbət edirmiş.

Bu vaxt DYP əməkdaşı, polis inspektoru avtomobili saxlayıb və sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.

Polis inspektorunun sürücünü söhbət edərkən saxlamaq, cərimə etmək hüququ varmı? Bu məsələ qanunda öz əksini tapıbmı?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıracaq hərəkətlərin edilməsi qanunla qadağandır.

"Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Bundan başqa, sükan arxasında su içmək və şüşəsini avtomobildən kənara atmaq, musiqiyə səs verib nəqliyyat vasitəsinin şüşələrini aşağı salmaq da qadağandır və cəriməsi var. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək”, - deyə Vaqif Əsədov qeyd edib.

DYP rəsmisi sürücüləri diqqəti yayındıran hərəkətlər etməməyə çağırıb. Çünki bu, qəzalara səbəb olur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol