• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynab Kazımova dəvət aldığı beynəlxalq tədbirə gedə bilmir

Zeynab Kazımova dəvət aldığı beynəlxalq tədbirə gedə bilmir
24.10.2017 09:37
Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru Zeynab Kazımova Beynəlxalq tədbirə dəvət olunsa da, gedə bilmir.

Məsələ ilə bağlı Modern.az saytına danışan Zeynab Kazımova  deyib ki, qəzetdə maddi çətinliklərin olması  səbəbindən səfəri həyata keçirə bilmir.
 

"Beynəlxalq Fransızdilli Mətbuat Birliyi tərəfindən Birliyin noyabrda keçiriləcək illik sessiyasına Azərbaycanın yeganə fransızdilli "Le Carrefour" qəzetinin baş redaktoru və həmin birliyin Azərbaycan bölməsinin rəhbəri kimi dəvət olunmuşam. Lakin qəzetimin maddi problemləri, o cümlədən özümün iqtisadi vəziyyətim  sözügedən tədbirdə iştirakıma mane olur. Azərbaycandan bu beynəlxalq tədbirə media olaraq tək mən dəvət olunsam da, yeganə fransızdilli qəzetə heç bir dəstək verilmədiyi üçün tədbirə qatıla bilmirəm. "Le Carrefour" qəzetinə dövlət dəstəyi göstərilməsi ilə bağlı dəfələrlə etdiyim müraciətlərim cavabsız qalır”.
Xanım jurnalist deyir ki, 110 ölkədən olan media nümayəndələrinin təmsil olunacağı tədbirdə ölkəmizi təmsil etmək şansı olsa da, dəstəyi yoxdur.
 

"Tədbirin Azərbaycan üçün əhəmiyyəti odur ki,  bu bir beynəlxalq tədbirdir. Həmçinin, dünyanın bütün nüfuzlu fransızdilli mediası burada təmsil olunacaq. Associated Press, France Presse, Əl Cəzirə və s. kimi informasiya agentliklərinin fransız redaksiyalarının təmsilçiləri, Fransanın mediası , TV və radiolarının jurnalistləri. Azərbaycan mediasının belə tədbirdə təmsil olunması Azərbaycan jurnalistikasının uğurudur. Beynəlxalq media ilə əməkdaşlıq, dünya informasiya məkanına inteqrasiyadır. Amma ölkənin yeganə fransızdili mətbu orqanı bu tədbirə qatıla bilmir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol