• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda quyudan isti su çıxdı

Lənkəranda quyudan isti su çıxdı
24.10.2017 10:22
Lənkəranın kəndlərindən birində qeyri-adi hadisə baş verib. 

Anews.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, rayonun Səpnəkəran kəndində İmaməli Əliyevə məxsus həyətyanı sahədə 18 il öncə qazılan quyudan artıq termal su çıxmağa başlayıb.

Ev sahibləri bildiriblər ki, bu hal avqust ayından müşahidə olunmağa başlayıb. Evin xanımı Ceyran Əliyeva deyir ki, bu, həyətlərindəki ən sərinsulu olan quyu olub. "Avqust ayı idi, səhər tezdən durub nasosu vurduq ki, ağacları və bağımızı sulayaq. Gördük ki, quyudan isti su çıxır. Hətta bir ağacımız suyun təsirindən qurudu”, - Əliyeva bildirib.

"Bu quyunun suyu elə sərin idi ki, qonşularımız da gəlib bizdən su aparardılar. İndi isə özümüz içməyə və ya yemək bişirməyə suyu qonşudan gətiririk. Heç heyvan da içə bilmir suyu. Quyumuzun suyunun rəngi də dəyişib", - o əlavə edir.

Qadının dediyinə görə, quyunun suyu əvvəllər göz yaşı kimi dumduru olub: "İndi ancaq çimməyə, paltar və qab yumağa yarayır. İndi istəyirik, bir mütəxəssis gəlsin, suyun tərkibini yoxlasın ki, bunu içmək olar, ya yox. Təzə quyu da qazdırmaq istəyirik. Amma qorxuruq ki, birdən qazarıq, oradan da elə isti su çıxar”.

Hazırda quyudan çıxan suyun temperaturu təxminən 28-35 dərəcədir. Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin Kimya-biologiya kafedrasının kimya müəllimi Sevda Bağırova deyib ki, termal suların yaranmasının əsas səbəbi yerin dərinliklərində süxurlarda kimyəvi və biokimyəvi proseslərin baş verməsidir."Bu reaksiyalar nəticəsində çoxlu miqdarda istilik ayrılır. Buna görə də yerin səthinə çıxan bu su kütləsi isti halda çıxır”, - mütəxəssis vurğuladı.

S.Bağırova əlavə etdi ki, həmin quyudan çıxan suyun tərkibinin və ərazinin öyrənilməsi üçün AMEA-nın nəzdində olan Geologiya və Mineralogiya İnstitutunun mütəxəssisləri dəvət olunmalıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol