• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"də yeni soküntü dalğası

"Sovetski"də yeni soküntü dalğası
24.10.2017 10:50
Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti "Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
 
Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, "Sovetski”də 9814 ünvanda ölçü işləri aparılıb, 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300 istifadə müddəti hələ xeyli müddət əvvəl başa çatmış, müasir tələblərə cavab verməyən və demək olar ki, bütünlüklə yararsız yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunub və əmlak sahiblərinə vəsait ödənilməsi təmin olunub.
 
Eyni zamanda 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib. Prezident İlham Əliyev tərəfindən "Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə "Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ölkə başçısının verdiyi tapşırıqların icrası məqsədi ilə ilkin araşdırma aparılıb. Nəticədə Nabat xanım Aşurbəyova - keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib.
 
Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, 2017-ci ilin 9 ayında qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək "Qanlı göl”ün qərb hissəsində sahəsi 42, 52 və 64 kv.m olan 3 müxtəlif təyinatlı özbaşına tikili sökülüb. Lakin bir sıra vətəndaşlar tərəfindən rayonun digər ərazilərində də qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər olub. Əlibaba Abdullayev küçəsi, 25 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m, Zaur Kərimov küçəsi, 38 nömrəli evin 2-ci mərtəbəsində 40 kv.m, Nazim Hikmət küçəsi, 24 nömrəli evin 2-ci mərtəbəsində 70 kv.m fərdi yaşayış evlərinin tikintisinə cəhdlər edilib, lakin onların qarşısı vaxtında alınıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol