• $
  • €
  • ₽
  • ₺
  • £

Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək
24.10.2017 12:41
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol