• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: "Bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var"

Mikayıl Cabbarov: "Bu sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var"
24.10.2017 12:34
Hazırda Azərbaycanda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqətin yetirilməsini tələb edir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub.

"2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almağa yönəldilib: "Bu, o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər".

M.Cabbarov əlavə edib ki, ikinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır: "Başqa sözlə, biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Magistr və doktorantların ümumi təqaüdlər sayındakı 63 faiz göstəricisinin daha yüksək, yəni 85-90 faiz olacağını gözləyirik. Hazırda bu istiqamətdə hökumətdaxili müzakirələr davam edir. Hesab edirik ki, müxtəlif sahələr üzrə elmi kadr hazırlığının artırılmasına xüsusi diqqət yetirməliyik".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol