• $
  • €
  • ₽
  • ₺
  • £

Cəzaların və cərimələrin artmasının nəticələri – RƏSMİ

Cəzaların və cərimələrin artmasının nəticələri – RƏSMİ
25.10.2017 11:42
"Bu ilin 9 ayı ərzində yol hərəkəti qaydalarını pozan sürücülər barəsində 64.8897 inzibati protokol tərtib edilib".

Anews.az xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu dövr ərzində yol polisi tərəfindən 1986 sərxoş sürücü saxlanılıb. Bundan əlavə, işıqforun qırmızı işığında hərəkət edən 24897, sərnişindaşıma qaydalarını pozan 2256, nəqliyyat vasitəsini müvafiq sənədlər olmadan idarə edən 2129 sürücü barədə tədbir görülüb. Bundan əlavə, 70 sürücü avtoxuliqanlığa görə, 2941 sürücü isə polisin qanuni əmrinə tabe olmadığına görə qanunvericiliyin tələblərinə uyğun məsuliyyətə cəlb ediliblər.

Bölmə rəisi qeyd edib ki, ötən illə müqayisədə hadisələrin, ölən və xəsarət alanların sayında olduğu kimi, inzibati məsuliyyətə cəlb edilənlərin də sayı azalıb: "Artıq tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkə üzrə yol qəzalarının sayında 165 hadisə azalma olub. Nəticədə 17 ölüm, 295 xəsarət faktı azalıb.

Ümumiyyətlə, son 5 ildə yol hadisələrinin, o cümlədən, ölən və xəsarət alanların sayında azalma müşahidə edilir. Məsələn, 2016-cı ildə 2013-cü illə müqayisədə paytaxtdakı yol qəzalarının statistikasında 327 hadisənin, o cümlədən, 150 ölüm, 309 xəsarət faktının azaldığı qeydə alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol