• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda sürücü yol polisi tərəfindən döyüldü

Şamaxıda sürücü yol polisi tərəfindən döyüldü
25.10.2017 12:01
Şamaxı rayonunda sürücü yol polisi əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.

Anews.az APA-ya istinadən xəbər verir ki, insident ötən gün Şamaxı şəhərində qeydə alınıb.

Rayonun Dağ Bağırlı kənd sakini, 1984-cü il təvəllüdlü Feyzullayev Ruslan Dizcan oğlu idarə etdiyi 15-BO-626 dövlət nömrə nişanlı, "Ford Tranzit” markalı yük avtomobili ilə hərəkətdə olarkən Şamaxı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, baş leytenant Fərid Məlikov tərəfindən saxlanılıb.

Ruslan Feyzullayev bildirib ki, polis əməkdaşı onu avtomobil idarə edərkən siqaret çəkdiyinə görə saxlayıb və sənədləri yoxlayan zaman aralarında mübahisə yaranıb: "Sənədlərim qaydasında oldu və siqaret çəkdiyimə görə saxlanılmağımın qanunsuz olduğunu izah edərkən, polis əməkdaşı Fərid Məlikov tərəfindən təhqir olundum. O, mənim sinəmə, ayağıma yumruq və ayaq zərbəsi vurdu. Avtomobilimdə olan qardaşım və əmim oğlu da hadisənin şahidləridir. Məni təcili yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 məlumat xidmətinə zəng edərək məlumat vermişik. Həkim müayinəsindən keçmişəm, şahidlərim var, məsələ araşdırılır”.

Yol polisi əməkdaşı, baş leytenant Fərid Məlikov isə bildirib ki, sürücü yolda digər avtomobili ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün saxlanılıb və barəsində protokol tərtib olunub. "Sürücü siqaret çəkirdi, mən onu saxlayıb sənədlərini yoxladıqda, o, ağzı ilə siqaretin tüstüsünü üzümə vurdu. Ona dedim ki, mən özümü mədəni şəkildə polis zabiti kimi təqdim elədim, amma sən siqaretin tüstüsünü üzümə vurursan, etikan, mədəniyyətin olsun. Mən onu siqaret çəkdiyinə görə saxlamamışam. Yalan deyir, mənə böhtan atır. Yol polisi avtomobilinin kamerasının qarşısında mən onu döyə bilmərəm. O, əsəbi şəkildə mənimlə mübahisə yaratdı, onu sakitləşdirib yola saldıq, sonra gedib məndən şikayət edib. Mən cəriməni yazdım, o, məni qəsdən şərləyir”.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol