• $
  • €
  • ₽
  • ₺
  • £

Texniki Universitetdə şəhid Əbdülməcidin günü

Texniki Universitetdə şəhid Əbdülməcidin günü
25.10.2017 19:16
Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun xatirə günü keçirilib.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canını fəda edən Şəhidlərin xatirəsi 1 dəqiqə sükutla yad edilib. 

Şəhidin təhsil aldığı AzTU-nun Elektrotexnika və energetika fakültəsinin müəllim və tələbələri, Əbdülməcid Axundovun yaxınları, həmçinin jurnalistlər, Qeyri Hökumət Təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Elektrotexnika və energetika fakültəsinin dekanı Mahir Bəşirov Şəhid haqqında məlumat verib, onun universitetdə oxuduğu müddətdə ictimai fəallığından danışıb. 

Fakültə dekanı bildirib ki, Əbdülməcid Axundov vətənpərvər bir tələbə kimi yadda qalıb. Aprel döyüşlərində AzTU-nun 4 məzununun şəhid olduğunu xatırladan M. Bəşirov onların öz qəhrəmanlıqları ilə geridə qalanlara nümunə olduqlarını deyib. 

"Qalibiyyət, şəhidlər və şahidlər” kitabının müəllifi, publisist-jurnalist Aida Eyvazlı isə Əbdülməcid Axundovun döyüşdə göstərdiyi rəşadətdən danışıb. O, bildirib ki, Əbdülməcid Axundov döyüşçü yoldaşını, bir vaxtlarsa tələbə yoldaşı olan Elvin Mirzəyevi xilas edərkən şəhid olub. 
 
Tədbirdə Şəhid haqqında çəkilən "Ölsəm yaşat” filmi nümayiş etdirilib. 

Filmin nümayişindən sonra, Elektrotexnika və energetika fakültəsinin savadlı və ictimai-fəal tələbəsi Murad Rzayevə "Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin təsis etdiyi plaket və mükafat təqdim olunub. GMC İctimai Birliyin sədri Elvin Səfərli bildirib ki, şəhid Əbdülməcid Axundovun əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat, hər il ənənəvi olaraq Ə. Axundovun doğum günü ərəfəsində bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə veriləcək. 
 
Sonda Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək bildirib ki, oğlunun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, bir o qədər də qürurvericidir. O, qeyd edib ki, Əbdülməcidin şəhidliyi ona minlərlə oğul qazandırıb. Ətrafındakıların ona Ana deyərək müraciət etdiyinə diqqət çəkən Ceyran Axundova Əbdülməcidin əbəs yerə şəhid olmadığını, bu Vətənin bütövlüyünün, azadlığının hər şeydən önəmli olduğunu vurğulayıb. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol