• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda hansı binalar söküləcək? – Abid Şərifov açıqladı - VİDEO

Bakıda hansı binalar söküləcək? – Abid Şərifov açıqladı - VİDEO
26.10.2017 10:02
Paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam etdirilir. Pirallahı və Xəzər rayonları istisna olmaqla, Bakının bütün rayon icra hakimiyyətlərinə bu səlahiyyət verilib.

AzVision.az-ın məlumatına görə, baş nazirin müavini Abid Şəriov "Xəzərxəbər”ə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb.Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb.

A. Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu, onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını deyib.

Qeyd edək ki, bu il ərzində yalnız Sabunçu rayonunda 1 bina təhvil verilib. Artıq binaların nə vaxt veriləcəyi tarix də məlumdur. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini yeni görkəm alan "Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını, az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını qeyd edib.

Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən işlər mərhələli şəkildə həyata keçirilir.

Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi "Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol