• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda doğulan qeyri-adi uşaq əməliyyat olundu

Azərbaycanda doğulan qeyri-adi uşaq əməliyyat olundu
26.10.2017 10:29
Azərbaycanda çətin cərrahi əməliyyat həyata keçirilib. Belə ki, sidik kisəsi çöldə doğulmuş ay yarımlıq körpə uğurla əməliyyat olunub.

Anews.az xəbər verir ki, əməliyyatı icra edən uşaq cərrahı Fuad Hüseynov Lent.az-a bildirib ki, bu, olduqca nadir, yəni 500 min qız uşağından birində rast gəlinən haldır: "Bizim balaca körpə qızımız da sidik kisəsi çöldə doğulub. Bizə müraciət edəndə artıq 1 ay yarımlıq idi. Daha öncə ailənin müraciət etdiyi bütün xəstəxanalarda əməliyyat üçün hələ tez olduğunu deyiblər. Halbuki doğulandan dərhal sonra edilsəydi, daha yüngül əməliyyat olunacaqdı”.

F.Hüseynovun sözlərinə görə, apardıqları müayinələr nəticəsində məlum olub ki, körpənin sidik kisəsi, sidik axarları çöldədir, sidik kanalı yoxdur, uşaqlıq yolu tamamilə bağlıdır: "Körpəyə sidik kisəsi ekstrofiyası diaqnozu qoyularaq, cərrahi əməliyyat planlaşdırıldı. Əməliyyatdan öncə çəkilən rentgendə qasıq sümükləri arasındakı məsafə böyük olduğu üçün uzman travmatoloq Fərhad Verdiyev tərəfindən arxadan bud sümükləri kəsildi ki, qasıq sümüklərini yaxınlaşdıra bilək. Çəkisi 3 kilo olan körpə üzərində uşaq cərrahiyyəsinin ən çətin əməliyyatlarından olan sidik kisəsi ekstrofiyasının təmiri əməliyyatını uğurla icra etdik. Yəni sidik kisəsi ətraf toxumalardan sərbəstləşdirilərək, normal yerinə yerləşdirildi. Ardından qasıq sümükləri yaxınlaşdırıldı, sidik kanalı və uşaqlıq yolu bərpa edildi. Uşağın vəziyyəti hal-hazırda yaxşıdır, kateterlər çıxarıldıqdan və yara sağaldıqdan sonra uşaq evə yola salınacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol