İlkinə hədiyyə olunan maşının markası bəlli oldu

Xəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.
Aktyor AZXEBER.COM-a açıqlamasında avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu".
O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "Kia Rio" avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























