• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin gələcək planları

“Lotu Quli”nin gələcək planları
27.10.2017 12:48
"Oğru aləmi" Nadir Səlifovun ("Lotu Quli") 22 illik həbsdən sonra gözlənilmədən azad olunmasının şokunu yaşayır. 45 yaşlı Nadir Səlifov hazırda Türkiyənin İstanbul şəhərində öz ailəsi ilə birlikdədir və təbrikləri yalnız telefon vasitəsilə qəbul edir.
 
Modern.az-ın məlumatına görə, Rusiyanın kriminal və oğru aləmin ilə bağlı xəbərlərində ixtisaslaşan xəbər saytları "Lotu Quli"nin həbsdən azad olunmasını 2017-ci ilin əsas hadisəsi sayır və bu faktın doğuracağı effekti hesablamağa çalışır.
 
2000-ci illərdən bəri uzunmüddətli həbsdən sonra azadlığa çıxan 2 oğruya böyük hörmətlə baxılırdı – onlardan biri "Şakro Molodoy", digəri isə Yaponçik idi. Lakin oğru dünyasını fəth etmək onların heç birinə müyəssər olmadı. Yaponçikin maliyyə imkanı məhdud idi, Şakro isə bəxtsizliklə üzləşdi və yenidən həbsə atıldı. "Lotu Quli"nin onlardan bir böyük üstünlüyü var – o hələ gəncdir. Quli kimilər haqda adətən belə deyirlər: "vaxtında həbsə düşmüsən”.
 
"Lotu Quli" yeni tip oğrudur. Onun arxasında hansısa briqada deyil, Rusiyadan Azərbaycana və Türkiyəyə qədər geniş transmilli şəbəkə dayanır.
 
Şakro yaxud Canqveladzenin iddialarına baxmayaraq, Rövşən Lənkəranskinin bütün imperiyası tam olaraq "Lotu Quli"nin nəzarətinə keçdi. Yalnız Rövşənin bacısı oğlu Zaur Əhmədov buna qarşı çıxıb və Quli ilə düşmən vəziyyətində olan yeganə şəxsdir.
 
Maraqlıdır ki, Qulinin həbsdən çıxdığı gün onun 11 sentyabrda Tbilisidə öldürülən yaxın adamı Elşən Məmmədovu qətlə yetirən şəxslər Sankt-Peterburqda saxlanıldılar. Həbs edilənlərdən biri Zaur Əhmədovun doğma qardaşıdır. Zaurun döyüşə ən yaxın adamlarını buraxması onun ağır durumda olmasından xəbər verir.
 
Bu gün bütün azərbaycanlı "qanuni oğrular" "Lotu Quli"nin tərəfində olsalar da, bu, heç də həmişə belə olmayıb. Az bilinən faktıdır ki, Quliyə "oğru" adı verənlər gürcü və yezidi kriminalitetlər olub. Ona 2000-ci ildə rustavili "oğrular" – Raul Kiriya (gürcü) və Şirəli Aslanov (yezidi) bu adı vermişdi.
 
"Ded Xasan"ın sözünə tabe olan azərbaycanlı "oğrular" isə həmişə "Lotu Quli"yə qarşı çıxıblar və buna görə onların çoxu uzun müddət yaşa bilməyib.
 
Yaxın müddətdə "Lotu Quli"nin əsas həll edəcəyi məsələlər Abxaziya kriminalitetinin rəhbəri Pıza ilə münaqişəsini həll etmək olacaq. Paralel olaraq, "Şakro Molodoy"un klanı da "Lotu Quli"nin güclənməsinə qarşı hərəkətə keçə bilər. Bu iki oğru heç zaman üz-üzə gəlməsələr də, onların arasında hər an münaqişə ola bilər.

Xüsusən "Şakro Molodoy"un əsas tərəfdarlarından olan nüfuzlu "oğru" Karo Parpaliya Nadir Səlifova müəyyən problemlər yarada bilər.
 
Artıq indidən məlumdur ki, "Lotu Quli" öz klanını formalaşdıracaq. Onun üstünlüyü odur ki, klan milli yaxud ərazi bölgüsü əsasında formalaşmayıb. Qardaşı Namiqlə yanaşı, bu gün "Lotu Quli"nin klanına Puxlıy, Kuşner, Nika, Qoça, Maçi və Merab Pipiya kimi fərqli millətlərdən olan "oğrular" daxildir.
 
Şakronun 2015-ci ildə yeni "oğru" adı verilməsini qadağan edən qərarından sonra "Lotu Quli" 2 nəfərə "oğru" adı verib. Onlar məhz "Lotu Quli"nin onlara ad verməsinə görə "oğru" sayılırlar. Bununla da, onun sözü "Şakro Molodoy"un qadağasından üstün olub.
 
Belə olan halda, qarşıda Səlifov qardaşlarının əsas məqsədinin "oğru dünyası"nda nəzarəti tam əllərinə alması ola bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol