• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda unikal əməliyyat

Bakıda unikal əməliyyat
27.10.2017 13:43
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərahiyyə Klinikasında unikal əməliyyat aparılıb. 10 yaşlı uşağın ayağındakı damarı qoluna köçürülüb.

Bu barədə Trend-ə Universitetdən məlumat verilib.

ATU-nun Tədris Cərahiyyə Klinikasının ortopediya və travmatologiya şöbəsində bu sahəyə hər növ müxtəlif əməliyyatlar, o cümlədən endoprotez, skalioz, replantasyon əməliyyatları icra olunur. Şöbənin müdiri, həmçinin kafedranın assistenti, t.ü.f.d. Cəfər Nəsirli deyir ki, bu yaxınlarda 10 yaşlı uşaq üzərində nadir bir əməliyyat uğurla icra olunub: "Uşaq yıxılıbmış və bizə sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə müraciət etdilər. Müayinə zamanı artıq periferik nəbzlərin alınmadığını gördükdə xəstəni təcili əməliyyata apardıq. Əməliyyat 6 saat davam etdi. Sınıq bərpa olundu. Xəstədə bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu var idi. Ona görə də xəstədə fəsadlaşmış damar tam götürüldü. Onun əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürüldü”.

Əməliyatda iştirak edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov da əməliyyatın yüksk səviyyədə keçdiyini deyir: "Əməliyyat zamanı aydın olub ki, travmaya görə bazu arteriyasının təxminən 4-5 sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanıb. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə tərəfimizdən intraoperativ olaraq dəyərləndirildi. Bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlandı və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edildi”.

M.Məcidovun sözlərinə görə, əməliyyatdan sonra hər iki distal nəbzlər pozitiv olaraq qiymətləndirildir”.

Qeyd edək ki, ATU həkimlərinin vaxtında və uğurlu müdaxiləsi nəticəsində hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol