• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?! - FOTOLAR

Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?! - FOTOLAR
27.10.2017 13:36
Azərbaycanın turizm cənnəti adlandırılan qədim Şəki şəhərinin qadınları işsizlikdən və maaşların azlığından əziyyət çəkir.

Bunu rayonun fəal xanımları "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə səsləndiriblər.

Təşkilatın sədri Ülkər Abdullayeva bildirib ki, bu görüşləri keçirməkdə məqsəd ölkə qadınlarının sosial-psixoloji vəziyyətini daha dərindən öyrənmək və onların böhrandan çıxmasına yardım göstərməkdir.

Görüşdə iştirak edən xanımlar Şəki rayonunda işsizlik probleminin öndə gəldiyini qeyd ediblər.

Onlar bildiriblər ki, son illərdə xarici və yerli turist axını Şəkinin sosial-iqtisadi həyatında xeyli canlanma yaradıb. Bu, yerli əhalinin güzəranına nisbətən müsbət təsir edir. Amma problemlər də var. Camaatın açdığı kiçik sahibkarlıq müəssisələri – halva sexləri, dəmirçixanalar, sənətkarlıq emalatxanaları tam gücü ilə işləyə bilmir. Onların tam gücü ilə işləməsi üçün kiçik kreditlərə və subsidiyalara ehtiyacı var.

Bununla yanaşı, xanımlar məktəblərdə, kitabxana və mədəniyət evlərində iş yerlərinin ixtisarından əziyyət çəkdiklərini, alternativ qazanc mənbələri olmadığını bildiriblər. Onlar maddi problemlərin ailələrdə söz-söhbətə səbəb olduğunu, bu söhbətlərin bəzən intihara qədər aparıb çıxardığını vurğulayıblar. Gənclərin kütləvi surətdə iş dalınca paytaxta və Rusiyaya üz tutduğu, bəzilərinin radikal dini qruplaşmalara qoşulduğu, zərərli vərdişlərə qurşandığı qeyd olunub.

Qadınlara təşkilat üzvləri tərəfindən öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər, öz bisneslərini qurmaqla bağlı faydalı məsləhətlər verilib, motivasiya nitqləri söylənilib.

Qeyd edək, sözügedən görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi həssas qadın qruplarının sosial-psixoloji böhrandan çıxmasına yardım göstərmək və motivasiya yolu ilə onları inkişafa istiqamətləndirməkdir.
 
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol