• $
  • €
  • ₽
  • ₺
  • £

Bu aptekdə qanunsuz dərman satılır - Diqqətli olun

Bu aptekdə qanunsuz dərman satılır - Diqqətli olun
27.10.2017 17:33
Bakıda bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.

Baş Prokurorluqdan "Qafqazinfo”ya verilən məlumata görə, lisenziya  almadan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 74 d ünvanında işlətdiyi "Bizim Aptek”in satıcısının həkim resepti olmadan "Tramadol 200 mq” adlı dərmanı kəsilmiş həblər formasında qanunsuz satması müəyyən edilib. 
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 240.2.2 (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən  maddələri qanunsuz satma) və 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb.

 Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir. 

Paytaxt ərazisində güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirən apteklər barədə müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılmış məlumatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol