• $
  • €
  • ₽
  • ₺
  • £

Bu marşrutların fəaliyyəti dayandırıldı

Bu marşrutların fəaliyyəti dayandırıldı
27.10.2017 21:11
Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb, bu barədə Trend-ə Sumqayıt şəhər sakinləri məlumat verib.

Məlumata görə, bu gün səhər saatlarından etibarən 985 (Binəqədi-Novxanı-Sumqayıt), 12b və 522 (Saray-Sumqayıt) və 12 (Xırdalan-Saray-Sumqayıt) saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə müdiri Namiq Əliyev Trend-ə açıqlamasında bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib:

"Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onlar şəhərə buraxılmır. Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, Saray və Xırdalandan gələnlər isə Saray qəsəbəsindən. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə girişi qadağan ediləcək”.

"Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmov isə şöbə müdirinin dediklərini təkzib edib. X.Rüstəmov bildirib ki, avtovağzaldan-avtovağzala yalnız Bakı-Sumqayıt marşrutları işləməlidir: "Saray, Novxan, Xırdalandan Sumqayıta hərəkət edən marşrut avtobuslarına bu qaydalar tətbiq edilmir: Sadəcə, həmin marşrut avtobuslarının bəziləri kiçik həcmli və köhnə, standartlara cavab verməyən mikroavtobuslardır. Həmin marşrut avtobuslarında həmçinin natəmizlik hökm sürür və bu barədə dəfələrlə bizə sərnişinlərdən şikayətlər daxil olub. Bu səbəbdən həmin marşrutların fəaliyyətini müvəqqəti dayandırmışıq. Əgər sahibkar xəttə iritutumlu avtobuslar buraxarsa, marşrutların fəaliyyəti bərpa olunacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol