Oksanadan Elşad Xose tərəfindən döyülməsinə reaksiya

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu iddia ilə Qafqazinfo.az saytı çıxış edib. İddiaya görə reperin saxlanılmasına keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməsi səbəb olub.
Lakin, Yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:
"Bu cür sarsaq xəbərləri kim yayır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























