• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobildə jalüz və pərdələrə qadağa - DYP-dən XƏBƏRDARLIQ

Avtomobildə jalüz və pərdələrə qadağa - DYP-dən XƏBƏRDARLIQ
28.10.2017 10:29
Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır.
 
Mia.az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, isti hava şəraitini nəzərə alaraq may ayının 1-dən noyabr ayının 15-dək istismar edilən nəqliyyat vasitələrinin arxa sağ və sol qapı şüşələrinə jalüzün və "ştorka”ların asılaraq idarə edilməsinə icazə verilir. Noyabr ayının 16-dan isə bu müddət başa çatır. Yəni, sürücülər buna diqqət etməzlərsə, cərimə ediləcəklər: "Qanunvericiliyə əsasən, verilən müddət bitəndən sonra tələblər pozulursa, təbii ki, inzibati xəta tərkibi yaranır. Bu halda yol polisi sürücüləri saxlayıb məsuliyyətə cəlb edə bilər”.

O əlavə edib ki, jalüz və "ştorka”larla bağlı hər hansı reyd təyin edilməyib, amma yol polisi xidmət apardığı ərazi üzrə belə avtomobil görərsə, dərhal saxlayacaq: "Bunun o qədər təbliğatı aparılıb ki, gündəmə gəlməsinə ehtiyac yoxdur. Sürücülər bu barədə yetərincə məlumatlıdır”.

V.Əsədov bildirib ki, hətta bununla bağlı tərtib edilən inzibati protokolların sayı 2,5 dəfə azalıb: "Məsələn, ötən il bu tələbləri pozan 1500 sürücü var idisə, bu il bu rəqəm 600 nəfərə düşüb. Yəni, artıq aparılan təbliğat və görülmüş tədbirlər sürücülər arasında yol hərəkəti qaydalarının düzgün yerinə yetirilməsinə meyilliliyi artırır”.
Qeyd edək ki, noyabr ayının 15-dən sonra jalüz və "ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol