• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ münaqişəsi Vaşinqtonu narahat etmir” – Amerikalı analitik

“Qarabağ münaqişəsi Vaşinqtonu narahat etmir” – Amerikalı analitik
28.10.2017 18:24
"Prezidentimizin Ermənistan-Azərbaycan münaqişəsinin xüsusiyyətlərini anlamaq üçün nə səbri, nə də zehni bacarıqları yoxdur”. 


Ordu.az Müdafiə və Milli Təhlükəsizlik məsələləri üzrə mütəxəssis, "Diplomat”, "Foreign Policy”, "War is Boring” və "Daily Beast”də analitik məqalələr müəllifi, "Japan Security Watch” bloqunun həmtəsisçisi Kayl Muzokamidən alınmış müsahibəni təqdim edir.

- İki nüvə nəhəngi – Rusiya və ABŞ arasında mövcud qarşıdurmanın əsas səbəbini nədə görürsünüz?

- Fikrimcə, ABŞ ilə Rusiya arasındakı cari qarşıdurmanın əsas səbəbi Moskvanın əvvəlki Sovet gücünü dünyada, həmçinin keçmiş Sovet respublikalarında bərpa etmək istəyi ilə bağlıdır. Digər səbəblər kimi isə Krımın ilhaqı, eləcə də, ABŞ-ın Norveç, Yaponiya, İsveç, Polşa və Baltikyanı ölkələr daxil olmaqla, tərəfdaşlarının hərbi üsulla qorxudulmasını qeyd edərdim. Həmçinin Rusiya ABŞ və Kuba arasında diplomatik əlaqələrin bərpa olunmasını bəyənmir, Vaşinqton isə Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsinə qarşıdır.

- Bu gün dünyanın "Soyuq müharibə” dövrünə qayıtdığını iddia edə bilərikmi?

- Düşünürəm ki, "Soyuq müharibə”yə qayıdış mümkündür, lakin çox şey Rusiya rəhbərliyindən asılıdır. Amerika Birləşmiş Ştatları Rusiyanı düşmənə çevirməkdə maraqlı deyil, bizim xüsusən "Əl-Qaidə”, İŞİD, Əfqanıstan, Şimali Koreya və Çinlə yetərincə problemlərimiz var. "Soyuq müharibə” amerikalılara lazım deyil, biz ondan qaçırıq. Təbii, əgər bu, mümkündürsə. Lakin, artıq söhbətin lap əvvəlində qeyd edildiyi kimi, Rusiya xarici siyasətinin elə addımları var ki, biz onları cavabsız qoya bilmərik.

- Rusiya ilə ABŞ-ın hərbi potensialını necə qiymətləndirirsiniz? Onlar arasında bərabərlik mövcuddurmu?

- Məncə, Birləşmiş Ştatlar Rusiyadan dəfələrlə güclüdür. "Soyuq müharibə” dövründə müəyyən bərabərlik müşahidə olunurdu. Xüsusən də, sıravi qüvvələrin nisbətində. Lakin, bu gün ABŞ Rusiyanı bir neçə dəfə qabaqlayır. Əgər Rusiyanın müdafiə xərcləri artmazsa - onlarda üç ildir ki, azalırlar - yaxın iki onillik ərzində Rusiya ilə ABŞ-ın hərbi potensial nisbətlərinin dəyişəcəyini zənn etmirəm.

- NATO artıq kip şəkildə Rusiyanın sərhəddinə yaxınlaşıb. Bu isə rəsmi Moskvanı narahat etməyə bilməz. Rusiya və NATO arasında hərbi qarşıdurma imkanlarını mümkündürmü ?

- Mən heç nəyi istisna etməzdim. Lakin, əgər Rusiya NATO ilə münaqişəyə girsə, bu, onun ciddi səhvi olacaq. NATO Avropasının böyük hissəsi zəif və pərakəndə vəziyyətdə olduğu halda, Birləşmiş Ştatlar cavab həmləsi üçün çox böyük miqdarda quru, dəniz və hava qüvvələrini Avropaya daxil edə bilər. Qısamüddətli prespektivdə Rusiya qalib gələ bilər, lakin uzunmüddətli prespektivdə Birləşmiş Ştatlar NATO-nun qələbəsini təmin edəcək. Hərçənd, münaqişə özünə nüvə sferasını da daxil etsə, bu, ciddi narahatçılıqlara səbəb olacaq.

- Sizin fikrinizcə, bu gün postsovet məkanında hansı güc dominantlıq edir – Qərb, yoxsa Rusiya?

- Mədəni və iqtisadi sferalarda Qərb, postsovet məkanında böyük uğurlara nail olub, lakin siyasi mənada Rusiya açıq-aşkar üstünlüyə malikdir. Düşünürəm ki, Valdimir Putinin simasında Kreml, postsovet məkanında Qərbin siyasi üstünlüyünə sadəcə imkan verməyəcək.

- Birləşmiş Ştatlar üçün Cənubi Qafqaz hansı əhəmiyyətə malikdir?

- Bilirsiniz, kollecdə təhsil aldığım müddətdə Rusiya və Qafqazı tədqiq etsəm də, bu suala cavab vermək mənim üçün çətindir. Fikrimcə, ABŞ-ın Cənubi Qafqaza münasibətdə ümumiyyətlə hər hansı bir siyasi marağı mövcud deyil.

- Yəni Vaşinqtonun Qarabağ münaqişəsinin tənzimlənməsinə qoşulmağını gözləməyə dəyməz?

- Hazırda Vaşinqton siyasi iflic vəziyyətindədir. Bizim Dövlət Departamenti özünün xarici məsələlər üzrə işini sadəcə olaraq yerinə yetirə bilmir. Prezidentimizin Ermənistan-Azərbaycan münaqişəsinin xüsusiyyətlərini anlamaq üçün nə səbri, nə də zehni bacarıqları yoxdur. Amerika və ya Qərbə kökləri Qafqaza dayanan hər hansı terror hücumu olmayacağı müddətcə mən ümumiyyətlə, Amerikanın bu regiona maraq göstərəcəyini düşünmürəm.

Bəhram Batıyev
Tərcümə etdi: Ağalar Qəribov


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol