• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən yaxşı DJ müəyyənləşdi

Azərbaycanda ən yaxşı DJ müəyyənləşdi
30.10.2017 18:19
Bakıda 2017-ci ilin Red Bull 3Style Azərbaycan finalının qalibi müəyyən olunub. 5 gənc DJ arasındakı maraqlı döyüş nəticəsində DJ Tim (Teymur Qasımov) qalib olub.

Anews.az xəbər verir ki, o, Azərbaycanı Dünya Finalında təmsil etmək üçün Polşanın Krakov şəhərinə yollanacaq.

Qələbədən sonra DJ Tim deyib: "Altı ildir ki, mən heç bir DJ yarışmasında iştirak etmirəm. Bu il müsabiqəyə qoşulmağa qərar verdim. Sözün düzü, yarışmaya uzun müddətdir hazırlaşıram, əvvəlki illərin dünya qaliblərinin setlərinə qulaq asırdım, özümü qələbəyə kökləyirdim. Cümə günü ad günüm idi və indi qələbədən sonra onu qeyd edəcəm”.

Bu il iştirakçılar arasında peşəkar DJ-lərlə bərabər (DJ Tim və DJ J-Watt), yarışmaya ilk dəfə qoşulan gənc DJ-lər də öz bacarıqlarını göstərib (DJ Shadow, DJ Farra, DJ OsM). 

İştirakçıların hər biri ən azı üç müxtəlif musiqi üslubunun miksindən ibarət olan 15 dəqiqəlik set təqdim ediblər.

İkinci yerin sahibi olan DJ J-Watt-ın çıxışı həm tədbirdə iştirak edən, həm də tədbirin canlı yayımını dünyanın müxtəlif nöqtələrindən izləyən tamaşaçılar tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Üçüncü yerə isə DJ Farra layiq görülüb.

Xatırladaq ki, iştirakçıları üç münsifdən ibarət olan heyət qiymətləndirib. Onlar musiqi industriyasının peşəkar xadimləri - Çilidən gələn DJ Byte, kanadalı DJ Hedspin və azərbaycanlı DJ Twistdir.

Bakıda artıq altıncı dəfədir ki, milli final yarışmaları və 2014-cü ildə Red Bull 3Style Dünya Finalı keçirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol