• $
  • €
  • ₽
  • ₺
  • £

Canavarların kəndlərə hücumlarının əsl səbəbi açıqlandı

Canavarların kəndlərə hücumlarının əsl səbəbi açıqlandı
31.10.2017 18:16
Ekologiya və Təbii Sərvətlər Nazirliyi son zamanlar canavarların yaşayış məntəqələrinə hücum etməsi, belə halların çoxalması barədə səslənən fikirlərə münasibət bildirib.

Anews.az xəbər verir ki, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Trend-ə bu hadisələrin baş verməsinin əsas səbəbini açıqlayıb.

Mütəxəssis deyib ki, çox zaman canavarların ac olması səbəbindən yaşayış məntəqələrinə hücum etdiyi fikri önə çəkilir. Lakin bu hadisələr həmin heyvanların yaşayış arealına müdaxilə səbəbindən baş verir: "Əvvəlki illərlə müqayisədə yaşayış məntəqələrinin, heyvandarlıq təsərrüfatlarının sayı həddindən çox artıb. Təsərrüfatların sayı artdıqca da heyvanların yaşayış arealına müdaxilə olunur. Söhbət ondan gedir ki, canavarlar aclıqdan hücum etmirlər, onlar meşədə qidalanırlar, yaşayış məntəqələrinin və təsərrüfatların genişlənməsi onların hücum etməsinin əsas səbəblərindəndir".

R.Mirzəyevin sözlərinə görə, Azərbaycan 1999-cu ildə Avropanın Yabanı Flora və Vəhşi Faunasının Mühafizəsi üzrə Konvensiyaya qoşulub. Azərbaycanın həmin ildə də ratifikasiya edilən konvensiyanın öhdəliklərini yerinə yetirdiyini deyən R.Mirzəyev qeyd edib ki, sənədin əsas tələblərindən biri canavarların mühafizə edilməsidir.

Nazirlik rəsmisi əlavə edib ki, canavarların təqib edilərək ovlanması qanunvericiliyə ziddir. Belə hala yol verən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 1000-2000 manat məbləğində cərimələnməsi nəzərdə tutulur: "Buna baxmayaraq, canavar insana hücum edərsə, təhlükəli şərait yaranarsa, insan özünümüdafiə üçün son zəruri tədbir kimi həmin heyvanı məhv edə bilər. Bu halda cərimələnmə həmin şəxslərə şamil olunmur. Amma canavarı təqib etməklə vurmaq qanun pozuntusu hesab edilir".

R.Mirzəyev qeyd edib ki, insanlar canavarların həyatları və təsərrüfatları üçün təhlükə yaratdığını hiss etdikdə, bununla bağlı ETSN-nin regionlarındakı yerli şöbələrinə, yaxud yerli icra hakimiyyətlərinə müraciət edə bilərlər. Bu halda nazirlik həvəskar ovçuları, bələdiyyə, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nümayəndələrini cəlb etməklə, həmin ərazilərdə reydlər keçirə bilərlər. Bu reydlər canavarların ovlanması üçün deyil, onların xüsusi vasitələrlə ərazidən uzaqlaşdırılması üçün keçirilir: "Bu yaxınlarda Göyçay, İsmayıllı rayonlarının ekologiya şöbələrinə müraciət edilib. Yaradılan operativ qruplar tərəfindən ərazidəki canavarlar uzaqlaşdırılıb. Amma çox təəssüf ki, vətəndaşlar nazirliyə rəsmi müraciət etmirlər, canavarların hücumu barədə məlumatları mətbuata açıqlayırlar. Biz mətbuatdan oxuyuruq ki, hansısa təsərrüfata vəhşi heyvan hücum edib".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol