• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıta işləyən bəzi marşrut xətləri bağlandı

Sumqayıta işləyən bəzi marşrut xətləri bağlandı
31.10.2017 23:19
Marşrut xəttinin bağlanması məktəblilərin dərsə gediş-gəlişində çətinliklər yaradıb.


Bu səbəbdən də şagirdlər dərsə ya taksi ilə gedib-gəlirlər, yaxud da davamiyyətdə problem yaranır.


Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonunun Saray qəsəbəsi üzümlük yaşayış massivindən Sumqayıta işləyən 12 B nömrəli marşrut xəttindən gedir.


Sakinlər deyir ki, bir neçə gündür övladlarını məktəbə taksi ilə yola salmalı olurlar. Əksər hallarda da şagirdlər dərsə gecikir.


Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəsi müavini Məzahir Piriyev "Xəzər Xəbər”ə bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti bir neçə gündür dayandırılıb və Sumqayıta buraxılmır. Buna səbəb isə həmin marşrut avtobuslarının bəzilərinin kiçik həcmli olması və standartlara cavab verməməsidir. Yaxın günlərdə həmin xətt iritutumlu avtobuslarla təmin ediləcək və yaranan problem aradan qaldırılacaq.


Sumqayıt şəhər Saray qəsəbəsinin sakini Tural İbadov bizimyol.info-ya bildirib ki, Saray-Sumqayıt istiqamətində olan 3 marşrutlardan hazırda yalnız biri işləyir: "Saraydan Sumqayıtda bu günlərə kimi üç marşrut fəaliyyət göstərib. Hazırda yalnız 522B maşrutunun Sumqayıta daxil olmasına icazə verilir. Digər marşrut xətlərinin bağlanmasına səbəb həmin marşrutlarda fəaliyyət göstərən avtobusların ictimai nəqliyyat xidməti üçün yararsızdır”.
Tural İbadov bildirib ki, mövcud vəziyyət həm sakinlərin, həm də avtobus sürücülərinin narazılığına səbəb olub.


Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol