• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə şəhid olan polkovnik: Bu gün 41 yaşı tamam olacaqdı...

Apreldə şəhid olan polkovnik: Bu gün 41 yaşı tamam olacaqdı...
02.11.2017 12:28
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifovun doğum günüdür.

AzVision.az xəbər verir ki, Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlib.

1992-ci ildə Şiştəpə kənd orta məktəbindən məzun olaraq, Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini davam etdirib. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Azərbaycana qayıdıb.

Həmin ildən Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində tağım komandiri kimi fəaliyyətə başlayıb. Daha sonralar Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunub. Müdafiə naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunan Vüqar Yusifov, daha sonra isə Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Hərbi fəaliyyəti dövründə Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşadakı tərəfdaşlıq kurslarında, təlimlərdə iştirak edib. 38 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlib. 19 Mart 2016-cı ildə, 40 yaşında isə polkovnik rütbəsi alıb. 

Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat rəisi olub.

2016-cı ilin aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 6 aprel 2016-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində dəfn olunub.

Şəhid polkovnikin iki qızı, bir oğlu yadigar qalıb.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol