• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayənin illər öncəki ETİRAFI

Fədayənin illər öncəki ETİRAFI
02.11.2017 14:52
Azərbaycan musiqi dünyasına şok yaşadan Fədayə Laçının həbsi ilə bağlı ən çox sualların ünvanlandığı şəxslərdən biri Tacir Şahmalıoğlunun olması təsadüfi deyil.
 
Cütlük illərlə bir yerdə ifa etdikləri duetləri, ən əsas isə şəxsi münasibətləri ilə xalqın ən çox müzakirə etdiyi şəxslərdən olublar. Lakin son olaylardan sonra Tacir Şahmalıoğlunun Fədayənin həbsi xəbərinə soyuqqanlı, biganə münasibəti sosial şəbəkələrdə birmənalı qarşılanmır.

"Space" telekanalında yayımlanan verilişlərdən birində iki gün öncə Tacir Şahmalıoğlunun Fədayə Laçınla bağlı dedikləri:

"Mən xəbər tutdum ki, onun öz yoldaşı həbsxanada çıxıb. Azadlığa çıxandan sonra onlar yenidən bir yerdə oldular. Mən də ona görə artıq qarışmadım. Dedim bəlkə başqa cür başa düşər, ailədə söz-söhbət olar. Niyə mən onun ailəsində problem yaratmalıyam. Düz çıxmırdı". 

Ötən gün Xoşqədəmin verilişində qonaq olan Tacir Şahmaloğlunun aparıcının sualına verdiyi cavabı təqdim edirik:

"Gecə səhər 6-ya kimi mən o yazılan şərhləri oxumuşam. Nələr yazırlar mənə. Bu boyda ədalətsizlik olmaz. Mən başqa şey deyirəm, saytlar başqa şey yazır. Mən deməmişdim "Mən bilirdim Fədayə tutulcaq". Mən demişəm ki, "Onun öz sənətinə başı qarışsaydı, bu olay da ortalığa çıxmazdı". Bu faktır da, bu belədir. Bu hadisəyə görə ən çox üzülənlərdən biri vallah mənəm, oğlumun canı üçün. Mən onunla tonla çörək kəsmişəm. Fədayə yaxşı qızdır, kişi kimi qızdır. Mənim Fadayəylə aramda heç bir şey olmayıb. El şənliklərində, tədbirlərdə görüşürdük. Sadəcə, bizim duet ortaqlığımız sona yetdi. O da onun öz səhvi ucbatından oldu". 

Qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən Fədayənin həbsindən sonra Tacirin oxucuların hədəfinə çevrilməsi bəlkə də boşuna deyil.

Fədayənin iki il öncə Milli.Az-a verdiyi müsahibədəki bir hissəni təqdim edirik:

- Keçmiş duet ortağınız Tacir Şahmalıoğluyla münasibətləriniz barədə qarşılıqlı açıqlamalarınız bir müddət gündəm oldu. Məsələnin bu dərəcədə şişirdilməyi məqsədli şəkildə idi?

- Taciri danışdırıblar, o da danışıb da. Mən həmişə deyirəm ki, müğənnilərin həyatı insanların gözü önündədir və burada gizlətməli bir şey yoxdur. Sadəcə, illər ötəndən sonra onu gündəmə gətirməyin adı yox idi.

- Hər ikiniz etiraf etmişdiniz ki, altı il münasibətləriniz olub...

- Bəli, mən yalan danışa bilmərəm.

- Nə əcəb istəmədiniz ki, bir övladınız olsun?

- Xasiyyətlərimiz düz gəlmədiyi üçün istəmədim. Nə olsun ki, altı il bir yerdə olmuşuq. "Adın çıxınca canın çıxsın" məsələsini düşünüb altı il münasibətləri davam etdirmişəm. Amma sonra gördüm ki, canım da çıxır (gülür). Onda dedim ki, adım çıxıb, heç olmasa, canım çıxmasın.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol