• $
  • €
  • ₽
  • ₺
  • £

“Baku Fires”in üzvləri maaşsız qaldı

“Baku Fires”in üzvləri maaşsız qaldı
03.11.2017 15:41
"Baku Fires” klubunun idmançılarına və mənə - klubunun baş məşqçisinə son sezonun pulunu vermirlər”.

Bu barədə anews.az-a Azərbaycanı Ümumdünya Boks Seriyasında (WSB) yarışan "Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talıbov məlumat verib.

Onun sözlərinə görə, klubun baş meneceri Rizvan Gənciyev idmançılar arasında olan razılaşmanı yerinə yetirməyib: "Şəxsən mənə 25 min dollar, boksçu Abdulqadir Abdullayevə 21 min dollar və Albert Səlimova təxminən 20 min dollar verməlidirlər. Son il komandanın yarısını ixtisara saldılar. Sonra iki ayın maaşını verdilər. Ümumi məbləğin 35 faizini ödəyiblər, lakin qalan məbləği və mükafatı vermirlər. Klub hazırda dağılıb, idmançılarımız maaşsız qalıb.

Biz ümid edirik ki, məsələ Azərbaycan Boks Federasiyasının rəhbərliyinə çatacaq. Onlar problemin həlli üçün yardım göstərəcək. İdmançıların çoxu banklardan pul götürüblər, borcları var. Bizim komandamızda qazax, belarus, gürcü idmançılar olub. Onlar Azərbaycan haqqında neqativ təəssüratla ölkədən ayrılıblar”.

Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasından bildiriblər ki, "Baku Fires” müstəqil komanda olub, Ümumdünya Boks Seriyasında (WSB) yarışan klub kimi fəaliyyət göstərib. Onun Boks Federasiyasında aidiyyəti olmayıb. Komanda bir il yarımdır - 2016-cı ilin may ayından öz fəaliyyətini dayandırıb. 2016/2017-ci il mövsümündə heç bir yarışa çıxmayıb. Ümumiyyətlə, heç bir mübarizəyə qoşulmayıbsa, komanda öz fəaliyyətini dayandırıbsa, onun idmançıları və baş məşqçisi necə maaş ala bilər? Bu komanda fəaliyyəti dönəmində maaş alıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol