• $
  • €
  • ₽
  • ₺
  • £

Penitensiar Xidmətdən “Qoca”nın meyiti ilə bağlı AÇIQLAMA

Penitensiar Xidmətdən “Qoca”nın meyiti ilə bağlı AÇIQLAMA
03.11.2017 16:33
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən "Qoca” ləqəbli Etibar Məmmədovun meyiti ailəsinə təhvil veriləcək.

Modern.az-ın məlumatına görə, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

O bildirib ki, meyitin təhvil veriləcəyi vaxtı hələ ki, məlum deyil:

"Prosedura görə, meyit tibbi ekspertizadan keçirildikdən sonra rəy hazırlanacaq. Yalnız bundan sonra meyit ailə üzvlərinə, yaxud yaxın qohumlarına təhvil veriləcək”.

M.Sadıqov deyib ki, hazırda prosessual hərəkətlər icra edildiyindən meytin təhvil veriləcəyi vaxt müəyyənləşdirilməyib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

E.Məmmədov isə noyabrın 2-də xüsusi əməliyyat nəticəsində öldürülüb. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə "Krıtıy Elvin” adı ilə tanınıb. Bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılırdı və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

"Qoca”nın ailəsi Hacıqabulda yaşayır… Dəfnin də orada olcağı gözlənilir…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol