• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq - Qardaşı ilə foto

Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq - Qardaşı ilə foto
05.11.2017 20:33
Azərbaycanlı məmur, Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev 2 gün öncə İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış "Lotu Quli” ləqəbli "qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılmış, sonra sərbəst buraxılmışdı.
 
Moderator.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namiq Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.
 
N.Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov "çürütmək” istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə "Lotu Qulinin” adamlarının satdığını güman edirlər.
 
Məlumata görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb. 
 
Sayt qeyd edir ki, N.Canıyev qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.
 
Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb.
 
 
 
Bu məqamda Criminal.az-ın N.Canıyevlə Şeyx Həmzətin fotosunu təqdim edirik. Bildirilir ki, onların görüşü böyük ehtimalla, bu ilin avqustunda, Lənkəranskinin il mərasimində baş tutub.



Яндекс.Директ








www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol