• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış

Deputatın oğlu həlak olan modelə “Jeep” bağışlayıbmış
06.11.2017 10:07
Ötən həftə FHN criminal.az saytının rəsmi sorğusunu cavablandırarkən 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində dənizə düşərək həlak olan model Günel Mirzəyevanın olduğu yaxtada millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun da olduğunu təsdiq edib. Sorğuya cavabda yaxtanın H. Axundova məxsus olduğu da bildirilib.

"Qafqazinfo” xəbər verir ki, bunun ardınca açıqlama verən E. Axundova deyilənlərin yalan olduğunu bildirib.

Criminal.az saytı mərhum Günel Mirzəyeva ilə Həbib Axundovun əlaqəsinin olmasını təsdiqləyən digər bir faktı da aşkar edib. Sayt yazır ki, G.Mirzəyevanın müəmmalı ölümünə qədər idarə etdiyi "Jeep Wrangler” markalı,  Az 90 LL 333 nömrə nişanlı avtomobil də Həbib Axundovun olub.

Baş Dövlət Yol Polis İdarəsindən əldə edilən məlumata görə, Həbib Axundov qara rəngli "Jeep Wrangler”markalı avtomobili 2013-cü ilin dekabrında ipoteka yolu ilə alıb. Həmin vaxt avtomobilə Az 90 RR 111 nömrə nişanı da alınıb. 2013-cü ildən 2015-ci ilə qədər avtomobilin nömrə nişanı dəfələrlə dəyişdirilib, nişanda əsasən 111 sonluğu saxlanılıb. 2015-ci ilin avqustunda avtomobil H.Axundovun adından etibarnamə ilə G.Mirzəyevaya sürməyə verilib. Maşının üzərindəki Az 90 GS 111 nömrə nişanı həmin ilin dekabrında Az 90 LL 333 nömrəsinə dəyişdirilib. G.Mirzəyeva dünyasını dəyişənə qədər idarə etdiyi "Jeep Wrangler”markalı, Az 90 LL 333 nömrə nişanı avtomobilin üzərində olub. 

Sayt yazır ki, Sabunçu Rayon Prokurorluğunda G.Mirzəyevanın ölüm faktı ilə bağlı başlanmış cinayət işinin hazırda hansı mərhələdə olması bilinmir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol