• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan həbsxanalarında “vorzakon” varmı?

Azərbaycan həbsxanalarında “vorzakon” varmı?
29.05.2020 08:09
Ötən il Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu azərbaycanlı "qanuni oğru”su "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev İstanbulda Rusiyadan göndərilmiş 6 nəfərlik killer qrupu tərəfindən güllələndi.

O, Seymur Nardaranski (1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət (1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və Dadaş Novxaninskidən (1973-2016) sonra sui-qəsdlə öldürülən növbəti  azərbaycanlı "qanuni oğru” oldu. Hazırda xarici ölkələrin həbsxanlarında saxlanılan azərbaycanlı "qanuni oğrular”dan Rüfət Gəncinski, Rafiq Masallinski, Hacı Beyləqanski, Emin Hacıqabulski, Arif Sumqayıtski, Zaur Şipilov və başqaları var.

Azərbaycanda "Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə ölkə həbsxanalarında  "qanuni oğru”ların sayı sıfıra enib.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Modern.az-a "qanuni oğru” aləminə yaxşı bələd olan, kriminal avtoritetlər barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi məlumat verib. O qeyd edib ki, dünyanın bir çox ölkələrində azərbaycanlı "qanuni oğrular”, kriminal aləmin nüfuzlu avtoritetləri yaşayır:

"İrkustkda, Yeketerinburqda, Moskvada, Türkiyədə yaşayan azərbaycanlı avtoritetlər var. Onlar hazırda azadlıqdadırlar. "Gəncinski” adlan avtoritet Rövşən Lənkəranskinin yaxın adamı idi. O, hazırda Samarada həbsxanadadır. Hacı Talıbxanlı deyilən biri vardı Türkiyədə tutmuşdular. Səhv etmirəmsə, hazırda Moskvadadır”.

B.Çələbi bildirib ki, "qanuni oğrular”ın konkret yerləri barədə məlumatlı olsa da, açıqlamaq niyyətində deyil: "Çünki bir neçə dəfə olub ki, "lotular” onlar barədə məlumat verən şəxslərə xəsarət yetirilib. Yadımdadır ki, "Lotu Quli”nin qohumunun birinin yerini demişdilər. Onu Türkiyədə ölənə qədər döymüşdülər. Birinin qulağını kəsdilər, o birinin dilini kəsdilər. Ona görə də mən həyatımı təhlükəyə ata bilmərəm. O zaman "işverən” kimi görünərəm. Qəti şəkildə onların yerini demək olmaz”.

 ///qafqazinfo

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol