• $
  • €
  • ₽
  • ₺
  • £

“Riyad”ın lisenziyası ləğv edildi

“Riyad”ın lisenziyası ləğv edildi
06.11.2017 15:57
"Riyad” Mühafizə Xidmətinin lisenziyası ləğv olunub.

Anews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda bir çox obyektlərin mühafizəsi ilə məşğul olan məşhur şirkətin fəaliyyət göstərmək hüququ əlindən alınıb.

Daxili İşlər Nazirliyi tərəfindən son dövrdə adı qalmaqalda hallanan qoruma şirkəti lisenziyadan məhrum edilib.

Şirkət sonuncu dəfə bu ilin iyun ayında gündəmə gəlmişdi. İyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən "Safastore” mağazasına gələrək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilib.

Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digər 11 mühafizəçi isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar. Hazırda onların işinə Binəqədi rayon Məhkəməsində baxılır.

Bu hadisədən dərhal sonra şirkətin fəaliyyəti rəsmi qurumlar tərəfindən dayandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol