• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyindən şahmatın tədrisi ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən şahmatın tədrisi ilə bağlı – AÇIQLAMA
28.05.2020 19:54
Təhsil Nazirliyi orta məktəblərdə şahmat fənninin tədrisi ilə bağlı açıqlama verib.

Anews.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi, bu idman növünə meyil və marağın gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən şahmat ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Bu qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzinə zəmin yaratması və digər arqumentlərə istinad edilib.

2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmatın tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib.

2016-2017-ci tədris ilində respublikanın 493 məktəbinin 4733 II-IV siniflərində 105502 şagirdə şahmat fənni tədris olunub.

Hazırda 491 ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində 120 min şagird əhatə olunmaqla şahmat fənni tədris olunur. Bununla əlaqədar həmin fənnin tədris planı və proqramı, "Şahmat-2”, "Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün "Şahmat” dərsliyi, "Zirvəyə doğru” adlı metodik vəsait hazırlanaraq pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə verilib, şahmat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib. Təhsil Nazirliyi tərəfindən bu fənn tədris olunan bütün ümumtəhsil məktəblərində monitorinq keçirilib, ehtiyaclar müəyyən edilərək təhsil müəssisələri müvafiq şahmat avadanlıqları və ləvazimatları ilə təmin olunub.

Hazırda Təhsil Nazirliyi sistemində 70-dən çox idman məktəbində şahmat bölməsi fəaliyyət göstərir. Bu məktəblərdə 19 minə yaxın məktəbli bu qədim oyunun sirlərinə yiyələnir.

Nazirlikdən əlavə edilib ki, bu fənnin tədrisinin gələcək dərs illərində də davam etdirilməsi nəzərdə tutulub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol