• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ sədri: Reytinq asılılığı verilişlərin keyfiyyətini aşağı salır

MTRŞ sədri: Reytinq asılılığı verilişlərin keyfiyyətini aşağı salır
07.11.2017 11:15
"İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq”.

Anews.az Report-a istinadla xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli "AzTV”-yə müsahibəsində deyib.

O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar: "Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm”.

MTRŞ sədri onu da qeyd edib ki, hazırkı dövrdə televiziya və radio yayımı sahəsində keyfiyyət və kəmiyyət dəyişiklikləri hiss olunacaq dərəcədə artıb: "Bu gün Azərbaycanda 84 adda televiziya və radio yayımçısı fəaliyyət göstərir. 10 ölkə kanalı dünya miqyasında yayımlanır, 13 kanal regionu əhatə edir, 13 radio ölkə miqyasında dinləyiciləri musiqi və verilişlərlə təmin edir. İki peyk televiziyası, 17 kabel operatoru var. Bu qədər rəqəmin içərisində işlərin çox rahat getməsi də doğru deyil. Nəticə odur ki, bu gün üçün ölkədə bu sahədə görülən işlər öz bəhrəsini verir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol