• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 4 əli, 4 ayağı olan körpə doğulub

Azərbaycanda 4 əli, 4 ayağı olan körpə doğulub
07.11.2017 15:12
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib.

Anews.az Medicina.az saytına istinadən xəbər verir ki, xəstəxanaya gətirilən milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib. 

Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub. 

Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yenidoğulmuş 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.

Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib. 

Elmi ədəbiyyatda bu patologiya blastopatiyanın nəticəsi kimi qeyd olunur ki, bu da döllənmənin ilk 14 günündə baş verir. Blastopatiyanın etimologiyası hələ tam məlum deyil. 

Azərbaycanda bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol