• $
  • €
  • ₽
  • ₺
  • £

Meşələrdə reydlər keçirildi

Meşələrdə reydlər keçirildi
08.11.2017 22:22
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də, ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 02-05 noyabr 2017-ci il tarixlərində reydlər keçirilib.

Nazirlikdən anews.az-a bildiriblər ki, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı "ZİL”, "Kamaz”, "UAZ”, "Ural”, "Qaz-53”, "Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3 həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkar edilib. 

Eyni zamanda, rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3 həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı "ZİL”, "Kamaz”, "Qazel”, "Qaz-53” və "Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3 həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkar edilib. Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natavan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş, ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyən edilib.

Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3 həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub.

Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol