• $
  • €
  • ₽
  • ₺
  • £

Əflatun Amaşov Fədayə Laçınnan danışdı

Əflatun Amaşov Fədayə Laçınnan danışdı
08.11.2017 13:39
Bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Anews.az Trend-ə istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan MŞ-nın sədri Əflatun Amaşov Azərbaycan mediasının bugünkü vəziyyəti haqqında danışıb.

Ə.Amaşov bildirib ki, bəzi media vasitələri kriminal xəbərlər üzərində cəmləşir və xəbəri şişirdirlər:

"Biz "google”da "Dağlıq Qarabağ”, "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu”, "Fədayə Laçın” və "Qoca” ləqəbli kriminal avtoritet” sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın”, ikinci yerdə "Dağlıq Qarabağ”, üçüncü yerdə "Qoca”, dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmir yolu” ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir”.

O bildirib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı Trend, AzərTAC və APA informasiya agentliklərində yalnız rəsmi məlumatlara əsasən xəbərlər yayılıb.

Ə.Amaşov bildirib ki, cəmiyyətdə kriminal xəbərlərə maraq var, lakin kriminal xəbərlər cəmiyyətə öz mənfi təsirini göstərir: "Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yer alırsa, həmin ölkədə cinayətkarlıq artır, cinayətlərin xarakteri artır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır, cəmiyyətdə qorxu atmosferi artır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ olunur ki, bu da öz növbəsində cəmiyyətdə mənfi ornək olur. Gənc bilmir ki, kim kimi ola bilər, qəhrəman kimi ola bilər və ya hansısa cinayətkar kimi ola bilər. Ən qorxulusu isə odur ki, kriminal xəbərlər fonunda hüquq-mühafizə orqanlarının düşmən obrazı yaradılır və bu da çox mənf haldır”.

Ə.Amaşov bildirib ki, baş verən hadisələr obyektiv işıqlandırılmalıdır, cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır: "Bəzi hallarda informasiya şişirdilir ki, bu da cəmiyyətdə qorxu yaradır, guya hanısa paralel güclərin olmasından xəbər verir. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırq?!”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol