• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə “Faytonçu” Nazimin əleyhinə qərar çıxardı

Məhkəmə “Faytonçu” Nazimin əleyhinə qərar çıxardı
10.11.2017 14:39
Cərrah Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Anews.az Enter.News-a istinadla xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad ləğv edilib.

Binəqədi rayon Məhkəməsi müğənni Nazim Pişyarinin ("Faytonçu" Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulması ilə bağlı qərar vermişdi.

Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, klinikanın nümayəndəsi Ramiz İbrahimov apelyasiya şikayəti verib.

Nazim Pişyari bildirib ki, ilk dəfə klinikada cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb edib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol