• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni lüğətdə maraqlı yeniliklər

Yeni lüğətdə maraqlı yeniliklər
10.11.2017 16:00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” mövzusunda Elmi Şuranın növbəti iclası keçirilib.

Anews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda 2018-ci ildə çap olunacaq yeni Orfoqrafiya lüğətinin qaydaları müzakirə olunub.

İclasda çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır.

Professor İsmayıl Məmmədli yeni orfoqrafiya qaydaları haqqında məlumat verib.

İrəli sürülən təkliflər içərisində sözün sonunda işlənən qoşa ss samitlərindən yalnız birinin yazılması (boss-bos, stress-stres, ekspress- ekspres), -"iyyət” şəkilçisinin yazıda "-iyət” kimi (ədəbiyat, cəmiyət, fəaliyət) təsbit olunması müzakirəyə çıxarılıb. Tərkibində "ilə” qoşması olan sözlərin (etibarilə, münasibətilə, tamamilə) bitişik yazılması da diqqətə çatdırılıb.

Qeyd edilən təkliflər ilkin müzakirədə irəli sürülüb. Orfoqrafiya qaydaları haqqında müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, 1 noyabr 2017-ci ildə AMEA Rəyasət Heyəti "Yeni Orfoqrafiya lüğətinin nəşrinin hazırlanması barədə” qərar qəbul edib. Bununla bağlı olaraq Orfoqrafiya komissiyası yaradılıb. Komissiyanın sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, sədr müavini AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, məsul katibi Nəsimi adına Dilçilik İnstitutunun direktoru  akademik M. Nağısoyludur. Orfoqrafiya Komissiyasının tərkibinə müxtəlif qurumlardan 20 nəfərə qədər ziyalı, dilçi alim daxildir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol