• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin NƏZƏRİNƏ: 50 manat cərimə oluna bilərsiniz

Sürücülərin NƏZƏRİNƏ: 50 manat cərimə oluna bilərsiniz
10.11.2017 16:02
Payız-qış aylarında gün tez batır. Bu səbəbdən də avtomobil sürücüləri günün qaranlıq hissəsində daha çox avtomobil idarə etməli olurlar. Avtomobilin gecə saatlarında idarə edilməsi isə işıq cihazlarının işlək vəziyyətdə olmasını tələb edir. Amma bəzi sürücülər iddia edir ki, avtomobilin iki işığından ən azı biri saz vəziyyətdədirsə, avtomobili idarə etmək olar. Yəni, buna cərimə tətbiq olunmur.

Anews.az xəbər verir ki, Sputnik Azərbaycan məsələni mütəxəssislərdən soruşub.

Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, işıq cihazlarının hər biri saz vəziyyətdə olmalıdır: "Bütün işıq cihazları günün vaxtından asılı olmayaraq işlək vəziyyətdə olmalıdır. Amma yolda bu hal baş verərsə, mənzilə çatmaq üçün imkan varsa, sürücü yolun sağı ilə aşağı sürətlə hərəkət edə bilər. Zərurət yaranarsa, mütləq şəkildə avtomobili yolun kənarına çəkərək saxlamalıdır. Bir sözlə, sürücü nasaz avtomobili ilə başqalarına maneə yaratmaqdan çəkinməlidir".

"İşıq cihazları ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Əksər sürücülər standartlardan kənar işıq faralarından istifadə edirlər. Xüsusilə, son vaxtlar istifadə olunan ksenon lampaları buna misal göstərmək olar. Bunlar da yol hadisələrinə səbəb olan hallardan biridir", – deyə Muradlı əlavə edib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin tələblərinə əsasən, işıq siqnallarından hər hansısa biri işləmirsə, bu, avtomobilin texniki nasazlığı kimi qeydə alınır və 50 manat cərimə nəzərdə tutulur: "Belə avtomobil mütləq istismardan uzaqlaşdırılmalıdır. Gündüzlər bu nasazlıq bilinməsə də, gecələr aydın görünür və polis bu hallarda sürücünü cərimə edir. Eyni zamanda, avtomobili istismardan uzaqlaşdırır. Qanunvericilikdə bu haqda yazılmayıb ki, polis əməkdaşı sürücünün avtomobilini cərimə meydançasına aparmalıdır, yoxsa sadəcə, istismarını dayandırmalıdır. Avtomobil ya evakuator vasitəsi ilə evə, ya ustaya, ya da cərimə meydançasına aparılmalıdır. Hər halda yolun kənarında qalmalı deyil".

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər işıqlarda problem yaranarsa və sürücü bu nasazlığı aradan qaldıra bilməzsə, nəqliyyat vasitəsini idarə etməkdə davam edirsə, əlbəttə, o sürücü inzibati məsuliyyətə cəlb olunur və onun nəqliyyat vasitəsi idarəetmədən kənarlaşdırılır: "Amma avtomobildə qabarit işıqlar yanırsa, yaxın işıq yanmadan belə, müəyyən yaxın ünvana kimi az sürətlə, yolun sağında sürmək olar. Amma ən təhlükəlisi, avtomobilin heç bir işığının yanmamasıdır".

"Bütün işıqları işləməyən avtomobilin hərəkəti yol polisi tərəfindən məhdudlaşdırılır və həmin yol ətrafında avtomobili saxlamaq üçün təhlükəsiz yer yoxdursa, mühafizə olunacaq sığınacağa aparılır", – deyə Kamran Əliyev əlavə edib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə görə, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə sürücü 50 manat cərimə oluna bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol