• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudov təhqir olundu - Eks-nazirin üzünə tüpürdülər - VİDEO

Eldar Mahmudov təhqir olundu - Eks-nazirin üzünə tüpürdülər - VİDEO
11.11.2017 07:28
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov növbəti dəfə dindirilmək üçün çağırıldığı Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsindən çıxanda ləğv edilmiş MTN-dəki qruplaşmanın əməllərindən zərər çəkənlər tərəfindən təhqir olunub.
 
 Virtualaz.org  xəbər verir ki, vaxtilə MTN-in xüsusi təyinatlıları tərəfindən döyülən Elmidar Hüseynov və əri Eldar Mahmudovun xüsusi agenti olan "Akula Akif” ləqəbli Akif Mustafayev tərəfindən tora salınaraq həbsə atılan Sevinc Süleymanova adlı qadın keçmiş nazirin qarşısını kəsiblər. Onlar Eldar Mahmudovu güdərək İstintaq İdarəsindən çıxanda söyüblər və təhqir ediblər, habelə üzünə tüpürüblər.

Şikayətçilər danışır ki, onlar E.Mahmudovun qarşısını kəsərək soruşublar: "Necədi ifadə vermək, dindirilmək? 5 ildir bizim həyatımızı məhv edibsən, indi həyat sənin üçün nətəridi? Gəlmisən izahat verməyə?”.

Elmidar Hüseynov deyir ki, E.Mahmudov heç bir cavab verməyib, başını aşağı salıb və cangüdəninin, sürücüsünün müşaiyəti ilə 90 KU 868 dövlət nömrə nişanlı BMW avtomobilinə minərək uzaqlaşıb.

Digər şikayətçi Sevinc Süleymanova isə bunları deyir: "Biz Eldar Mahmudovun qurbanlarıyıq. 5 ildir bizim şikayətimizə əncam çəkilmədi. Eldar Mahmudov saat 13.14-də Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsindən çıxdı. Maşına oturub qaçdı, heç səsini də çıxarmadı. Bax belə, üzbəüz tüpürdük ona. Tüpürdük, söydük, sonra o qaçdı getdi, dalınca da qarğış elədik”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol