• $
  • €
  • ₽
  • ₺
  • £

“Rövşən Lənkəranski”yə görə Bakı barında DƏHŞƏT

“Rövşən Lənkəranski”yə görə Bakı barında DƏHŞƏT
11.11.2017 10:46
Bakıda gecə klubunda müştərini qətlə yetirməkdə təqsirli bilinən1991-ci il təvəllüdlü Vüsal İbrahimovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

Publika.az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

İttihama görə, hadisə ötən il Nizami rayonu, "Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda baş verib.

Vüsal İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Nurlan Atakişiyevi bıçaqlayıb. Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

Hadisənin barda mahnı üstündə baş verdiyi qeyd edilib.
Belə ki, qətlə yetirilən şəxs Nurlan Atakişiyev spirtli içkinin təsiri altında olub və "oğru aləmi”nə məxsus mahnının çalınmasını tələb edib. Müştərinin sifariş verdiyi "oğru aləmi”nə məxsus mahnı "Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevə aid olub.

Lakin "DJ” işləyən şəxs bu cür mahnıların çalınmasının bar rərbərliyi tərəfindən qadağan edildiyini deyib.

Bundan sonra Nurlan Atakişiyev barda çalışan Vüsal İbrahimovla mübahisə edib. Mübahisənin sonu qanlı hadisə ilə nəticələnib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs və vəkili apelyasiya şikayəti verib.
Hakimlər kollegiyasının qərarına əsasən Vüsal İbrahimovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol