• $
  • €
  • ₽
  • ₺
  • £

“Dəbdəbəli qəbirlərin kimə xeyri var?” - Millət vəkili

“Dəbdəbəli qəbirlərin kimə xeyri var?” - Millət vəkili
11.11.2017 13:30
"Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərarın qəbul edilməsi yaxşı haldır. Bu istiqamətdə atılmış addımı yüksək qiymətləndirirəm”.

Bunu AzVision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, bununla bağlı hər zaman müzakirələr olub və məzarlıqlarda müəyyən qayda-qanun yaradılması dəstəklənib:

"Məzarlıqlarda müyyən standartların olması vacibdir. Buna həm maddi, həm də mənəvi ehtiyac var. Bu daha çox cəmiyyətin özündən gəlməlidir. Bütün icra orqanları da bunu təşviq etməlidirlər. Bizim İctimai birliklər və dini qurumlar komitəsində dəfələrlə məsələ qaldırmışıq, təkliflər vermişik. Düşünürəm ki, bundan ötrü parlamentdə geniş müzakirələr açmağa o qədər də ehtiyac yoxdur. Amma millət vəkillərimiz, ziyalılarımız bu məsələyə münasibət bildirə bilərlər. Bu, çox vacib məsələdir. Naxçıvanda yeni qaydaların tətbiq edilməsi digər rayon və şəhərlərə də təsir edəcək”. 

Komitə üzvü hesab edir ki, məzarlıqlarda həddindən artıq dəbdəbə yolverilməzdir. "Həddindən artıq dəbdəbənin mənası yoxdur. Bunun kimə xeyri var ki?! Əvəzində daha yaxşı işlər görmək olar. Kiminsə maddi imkanı varsa, məsələn, kəndinə su çəkdirə bilər, məktəbə kömək edər və ya yaşıllıq saldıra bilər. Bu istiqamətdə işlərin genişləndirilməsini təqdir edirəm”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Belə ki, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20sm, eni isə 1.20 sm, başdaşı hündürlüyü 60 sm, eni 80 sm olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol