• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni və azərbaycanlı qanuni oğru ittifaq yaradır

Erməni və azərbaycanlı qanuni oğru ittifaq yaradır
12.11.2017 20:02
Rusiya mafiyasına liderlik uğrunda savaşa başlamaq üçün əslən erməni olan qanuni oğru Eduard Asatryan (Edik Osetrina) güclü koalisiya yaradır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt” agentliyi yayıb. Agentlik artıq Asatryanın Gela Kardava (Gela Qalski) və Vaqif Süleymanovla (Vaqif Bakinski) ittifaq yaratdığını bildirib:

"Asatryan hər gün müxtəlif qanuni oğrularla danışıqlar aparır. Tərəfdarlarını daha çox keçmiş dostları arasında axtarır. Mənbəmizin məlumatına görə, Asatryan qanuni oğru Georgi Diakvnişvili (Giya Dlinnıy) ilə razılaşma əldə edib. Vaqif Süleymanovla da məsləhətləşmələrə start verilib. Maraqlı məqam odur ki, Aslan Usoyanın (Ded Xasan) dönəmində Süleymanov Asatryana heç də yaxşı münasibət bəsləmirdi.

Vaqifin indi ciddi maliyyə resursları var. O, böyük göy bazarındakı bir sıra proseslərə nəzarət edir. Vaqif hər zaman böyük döyüşçülər qrupu olmamasından əziyyət çəkib. Məhz buna görə bir zaman o, Nadir Səlifovla (Lotu Quli) koalisiyaya girməyə məcbur olub. O zaman da bu ittifaq ilk baxışdan etibarlı görünmürdü və daha çox ümumi düşmən sayılan Rövşən Lənkəranskiyə qarşı nəzərdə tutulmuşdu. Rövşənin ölümündən sonra Vaqif yeni güc axtarmaq məcburiyyətində qalıb və bunu Asatryanın yanında tapıb. Vaqif və Asatryanın həmçinin ümumi düşməni də tapılıb. Bu, Dağıstandan olan qanuni oğru Əmirdir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol