Zorla ərə verilən qız özünü binadan atdı

Paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gənc qız Qara Qarayev prospekti, məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.
Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.
Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.
Hazırda hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























