Növbəti iki gündə hava dəyişəcək – XƏBƏRDARLIQ

"Növbəti iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.
anews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, noyabr ayının 13-ü və 14-də gecə və səhər ölkənin bəzi cənub-şərq rayonlarında, əsasən də Lənkəran-Astara zonasında çiskinli yağış yağacaq: "Bəzi rayonlardə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 15-19, dağlarda 7-12 dərəcə isti olacaq".
Mütəxəssis qeyd edib ki, Bakıda və Abşeron yarımadasında da yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir:
"Yarımadanın bəzi yerlərində gecə və səhər saatlarında çiskinli yağış yağacağı ehtimal olunur. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-19 dərəcə arasında dəyişəcək".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























