• $
  • €
  • ₽
  • ₺
  • £

Hakimlərin sayının iki dəfə artırılmalısını təklif olunub

Hakimlərin sayının iki dəfə artırılmalısını təklif olunub
13.11.2017 16:00
"Azərbaycanda hakimlərin sayı ən az iki dəfə artırılmalıdır”.
 
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
 
Cəmiyyətdə vəkil və hakimlərin sayının uzun müddət müzakirə olunduğunu deyən Q. Həsənquliyev bildirib ki, Azərbaycanda bütün kateqoriya üzrə 555 hakim ştatı var: "Bunun 49-u vakansiyadır. Burda təqribən 500 hakim qalır. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Orta Avropa göstəricisində isə bu, 100 min nəfərə 20 hakimdir. Son illərdə məhkəmə işlərinin sayı 20 dəfə artıb, ildə 470 min işə baxılır. 470 min işi və iş günlərini nəzərə alsaq, məlum olur ki, bir hakim gün ərzində 4-5 işə baxır. Burada hansı keyfiyyətli işə baxmaqdan söhbət gedə bilər? Biz bilirik ki, iqtisadiyyatın inkişafı üçün ədalət mühakiməsi olmasa, heç bir xarici investor ölkəyə investisiya qoymayacaq. Məhkəmələrə ayrılan vəsait iqtisadiyyatın inkişafına töhfə verəcək. Hakimlərin sayı ən az 2 dəfə artırılmalıdır ki, heç olmasa Avropa  göstəricilərinin 50 faizinə çataq. Vəsaiti haradan ayıraq? Hesab edirəm ki, idman obyektlərinin tikintisini təxirə salmaq lazımdır. Qış aylarında rayonlarda olimpiya komplekslərini çoxu fəaliyyətini dayandırır. Səhiyyə ocaqları və ali məktəblərin tikintisinə 20 milyon manat vəsait ayrılır. Niyə biz yeni ali məktəblər tikməliyik, olanları da özəlləşdirməliyik?” 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol