• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır

Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır
13.11.2017 18:44
Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, əfv sərəncamının verilməsi dövlət başçısının müstəsna səlahiyyətinə aiddir:

"Bununla yanaşı, əfvlə bağlı həm Əfv Məsələləri Komissiyasının üzvlərinə, həm də birbaşa Prezident Administrasiyasına müraciətlər mütəmadi daxil olur. Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən bir institut olduğundan, bu müraciətlər hər zaman araşdırılır, aidiyyəti üzrə dövlət qurumlarının rəy və tövsiyəsi nəzərə alınmaqla Komissiyanın müzakirəsinə çıxarılır. Komissiya vətəndaşlar tərəfindən daxil olan hər bir müraciəti diqqətlə araşdırdıqdan sonra əsasnaməsinə uyğun olaraq müvafiq qərarlar qəbul edir. Hazırda bu proses davam edir”.

Qeyd edək ki, sonuncu əfv sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il martın 16-da imzalanıb. Həmin sərəncam 423 nəfərə şamil edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol