CBC TV-yə yeni baş direktor təyin edilib

Uzun illər dünyanın aparıcı kütləvi informasiya vasitələrində çalışmış, tanınmış jurnalist Vüqar Xəlilov bu gün CBC telekanalına yeni baş direktor təyin edilib.
www.anews.az
Anews.az xəbərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov Vüqar Xəlilovu kollektivə təqdim edib.
Vüqar Xəlilov Birinci Secenov Tibb universitetinin məzunudur. Həmin universitetin ikinci kursundan xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlığa başlayıb.
Onun aktiv jurnalist fəaliyyətinin başlanğıcı 1990-ci ilin yanvarına təsadüf edir. Məhz həmin tarixdən Vüqar Xəlilov Azadlıq radiosunun rus xidmətində çalışmağa başlayıb. Daha sonra 1997-2009-cu illər ərzində BBC Ümumdünya Xidmətinin rus redaksiyasında müxtəlif vəzifələr tutub.
Son iş yeri Nobeloil şirkətində departament rəhbəri olub.
İngilis, rus və azərbaycan dillərini mükəmməl bilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























