• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda qorxunc hadisə

Bakı metrosunda qorxunc hadisə
15.11.2017 10:19
Bu gün səhər saatlarında metronun "Xalqlar Dostluğu” - "Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.

AZXEBER.COM xəbər veirr ki, "Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub:

"Bu 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. "Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.

N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Qurum rəsmisi sərnişinlərə müraciət edib:

"Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Sərnişinin xilas edilməsi zamanı xəttə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol